SON DƏQİQƏ

"İstanbul Başakşehir" komandası "Qarabağ"ı təbrik edib

Tarix:24-08-2017, 11:40

Türkiyənin "İstanbul Başakşehir" komandası Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ı təbrik edib.

Sonxeberler.info-nun məlumatına görə, İstanbul klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb:

"Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!"

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN