SON DƏQİQƏ

Burkina Fasoda mədəndə baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb

Tarix:28-08-2017, 09:45

Burkina Fasonun mərkəzi bölgəsində qızıl mədənində torpaq sürüşməsi baş verib.

RİA Novosti agentliyinin məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

İlkin məlumata əsasən, faciəyə bir neçə gün davam edən aramsız yağışlar səbəb olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN