Moldova fəlakətə hər gün daha çox yaxınlaşır.
Sonxeberler.info xəbər verir ki, bu sözləri Moldovanın eks-prezidenti Vladimir Voronin deyib.
Moldovanın Müstəqillik Günü tədbirlərində iştirak edən Voronin jurnalistlərin suallarını cavablandırıb.
O, Moldovanın gələcəyinin respublikanın bütün vətəndaşlarından asılı olduğunu bildirib.
"Ölkənin əsl sahiblərinin kim olduğunu yadımıza salsaq, bəlkə bir şeyə nail ola bilərik", - deyə əlavə edib.
Qeyd edək ki, 1991-ci ilin avqustunda Moldova müstəqillik elan edib.