SON DƏQİQƏ

İraq hərbçiləri 100-ə yaxın İŞİD terrorçusunu məhv edib

Tarix:31-08-2017, 10:08

İraqın Hərbi Hava Qüvvələri və Kəşfiyyat Xidməti ölkənin qərbində birgə əməliyyat keçirərək 100-ə yaxın İŞİD terrorçusunu məhv edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Əs-Sumariya" telekanalı İraqın hərbi informasiya xidmətinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar arasında terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin yaxınlarından biri də var. Məlumata görə, əməliyyat avqustun 29-da terrorçuların hələ də nəzarətində olan Əl-Kaimdə, Anbar vilayətinin inzibati mərkəzi olan Ramadidən 350 kilometr qərbdə keçirilib.

Bombardmanlar 6 hədəfə endirilib. Zərbələr nəticəsində İŞİD-in əsas qərargahlarından biri məhv edilib, bununla yanaşı, radikallar tərəfindən Suriya ilə sərhəddəki Bu-Kamal ərazisindən sürülüb gətirilmiş 2 minalanmış maşın partladılıb.

"Hücum nəticəsində 94 silahlı məhv edilib. Öldürülənlər arasında qruplaşmanın Təlafər şəhəri üzrə rəhbəri və əl-Bağdadinin tərəfdaşı Molla Haşim Fərhat da var", - deyə hərbi informasiya xidmətinin rəsmi məlumatında bildirilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN