Ermənistan ordusunda kadr dəyişikliyi olub.
28 sentyabrda general-mayor Artak Davtyan Ermənistan Müdafiə Nazirliyinin 5-ci korpusunun komandanı təyin olunub.
SonXəbərlər bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan digər fərmanla Davtyanı Ermənistan Silah Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəisi vəzifəsindən azad edilib. Maraqlısı budur ki, son aylar S.Sərkisyan Müdafiə Nazirliyindəki kadrları yeniləyir. Hələlik erməni prezidentin məqsəd-məramının nədən ibarət olduğu bəlli deyil. Amma ordu rəhbərliyindəki dəyişikliklərin aprel döyüşlərindən sonra baş verməsi təsadüfi sayılmır.
Ehtimallardan biri budur ki, S.Sərkisyan 2018-ci ildə hakimiyyətini uzatmaq üçün hazırlıq görür və “arzuolunmaz” şəxsləri ordu rəhbərliyindən uzaqlaşdırır.