SON DƏQİQƏ

Kabildə terror aktı törədilib: ölənlər və yaralananlar var

Tarix:28-09-2017, 14:57

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayış zamanı 3 nəfər öldürülüb, 16 nəfər yaralanıb.

"Report" "1TV"-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş məlumat yayıb.

Danişin sözlərinə görə, partlayış yerli vaxtla saat 18-də törədilib. Qeyd olunur ki, ölənlər arasında iki polis əməkdaşı da var. Bundan başqa daha 14 dinc sakin yaralanıb.

Əfqanıstanın "Pajvak" agentliyi isə bombanın maqnitlə polis maşınına yapışdırıldığını xəbər verib. Agentlik 1 nəfərin öldürüldüyünü, 16 nəfərin yaralandığını xəbər verib.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN