SON DƏQİQƏ

Səudiyyə ərəbistanında qadınlara maşın sürmək niyə qadağan edilib?

Tarix:2-10-2017, 12:10

Məlum olduğu kimi bu günlərdə Səudiyyə kralı Salman ibn Əbdüləziz əl-Səud qadınların avtomobil idarə etməsinə icazə verdi. Bununla da dünyada qadınların avtomobil sürməsini qadağan ölkə artıq qalmadı. Bu, ərəb qadınları ilə bağlı inqilab sayılacaq bir qərar hesab olunur.

Krallıq qadınların da sürücülük vəsiqəsi alaraq sükan arxasına keçməsinə icazə verən qərarı dəstəkləyib. Din adamları ilə hökumət rəsmiləri arasında fikir ayrılığı yaşansa da, qərar gələn ilin iyun ayından qüvvəyə minəcək. Kral Salman ibn Əbdüləzizin imzaladığı sərəncamla qadınların önündəki maneələr aradan qaldırılıb. Qərarda qadınların maşın sürməsinin bir çox faydaları ola biləcəyi də qeyd edilib, dini məsələlərlə bağlı hər hansı problemin yaranmaması üçün gərəkli tədbirlər görüləcəyi bildirilib.

Beləliklə zərif cinsin nümayəndələri 2018-ci il 23 iyundan etibarən sürücülük vəsiqəsi ala biləcəklər. ABŞ prezidenti Donald Tramp da ərəb qadınları üçün inqilab olan yeniliyi dəstəkləyib. Prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilir ki, bu qərar Səudiyyə Ərəbistanında qadınların hüquqlarının qorunması üçün irəliyə doğru atılan pozitiv addımdır.

Qeyd edək ki, bu qanunun hələ 2008-ci ildən qüvvəyə minməsi gözlənilirdi. Buna görə müxtəlif illərdə çoxlu sayda etiraz aksiyaları da keçirilmişdi. Məsələn 2011-ci ilin iyun ayında bu ölkənin qadınları imza kampaniyası başladaraq, qadınların toplu şəkildə maşın sürməsini istəmişdilər. Kampaniya iştirakçıları yüzlərlə qadını maşın sürərək etiraz etməyə çağırmışdı. Nəticədə bəzi qadınlar maşın sürmüşdü və onlar qanunları pozması ittihamı ilə polis tərəfindən cərimələnmişdilər. Manal əl-Şərif adlı qadın isə özünün veb saytında maşın sürən yerdə videosunu yerləşdirdikdən sonra həbsə atılmışdı. Bu cür kompaniya həmin oktyabrında da başladılsa da, tez bir zamanda qarşısı alınmışdı.

Похожее изображение

2013-cü ildə isə yenidən qadınlar etiraz aksiyası keçirərək maşın sürmüşdülər və ölkənin bütün qadınlarını bu kampaniyaya qoşulmağa dəvət etmişdilər. Aksiyada iştirak edən 16 qadın sürücünün hər biri 80 dollar məbləğində cərimə olundu. Həmin vaxt məsələyə münasibət bildirən baş müfti Şeyx Əbdüləziz qeyd etmişdi ki, bu cür qadağa əslində şərdən qorunmaq üçündür: “Qadınlara avtomobil sürmək icazəsinin verilməsi cəmiyyətin ən böyük narahatlıqlarından biri olmamalıdır”. Bütün bunlara baxmayaraq ərəb qadınlar avtomobil istifadə edərkən çəkdirdikləri foto-şəkillərini ictimai mediada, sosial şəbəkələrdə paylaşaraq bu cür qadağa ilə mübarizə aparmağa çalışırdılar.
Qadınlara maşın sürmək niyə qadağan idi?

Bu ölkənin əsasən də din xadimləri hesab edirdilər ki, əgər qadın avtomobil sürürsə, böyük günah edir. Onların fikrincə əgər qadın sükan arxasında çox oturarsa, dünyaya xəstə övlad gətirə bilər. Və yaxud avtomobil idarə edərkən qadın sükan arxasında üzü örtülü olmayacaq. Əgər qadın avtomobil sürməyi öyrənsə tez-tez evdən çıxmalı olacaq və ailəsi qarşısında olan vəzifələrini unudacaq. Yolda bir hadisə qeydə alınarsa, qarşı tərəfdən olan yad kişi ilə insidentə görə ünsiyyətə girməli olacaq. Digər əsasa görə isə sürücülük vəsiqəsi alan qadınlar yollarda çoxalacaq və kişilər avtomobil idarə edə bilməyəcək və ya çətinlik çəkəcək.

Картинки по запросу women's driving rights in saudi arabia

Qadınların apardığı mübarizənin nəticəsi olaraq yalnız son illərdə onlara yalnız parklarda velosiped sürməyə icazə verilmişdi.
Beləliklə Səudiyyə Ərəbistanında da artıq qadınlar avtomobil sürə biləcək. Lakin digər məhdudiyyətlər hələ də aradan götürülməyib. Məsələn, bu ölkədəki qadınlar sərbəst halda ictimai nəqliyyatdan istifadə edə bilmir, taksidən istifadə etmək isə arzu olunmazdır. Həmçinin qadınların avtobus və qatarlara girişinə məhdudiyyətləri var. Burada qadınlar üçün hətta ayrıca girişi olan xüsusi seksiyalar var. Belə yerlər avtobusun ən son hissəsində olur. Ər-Riyad və Ciddədə avtobus şirkətlərinin əksəriyyəti heç qadın sərnişinlərin daşınılmasını həyata keçirmir.
Ümumiyyətlə isə Səudiyyə Ərəbistanında qadınların səs verməsi, oxuması, həyat yoldaşının və yaxud yaxın qohumunun icazəsi olmadan xaricə getməsi qadağandır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN