Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində 10 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobus dəmir yolu keçidini keçərkən sərnişin qatarı ilə toqquşub. Ölənlərin sayının artacağı istisna olunmur.
Ölən və xəsarət alan şəxslərin sayı dəqiqləşdirilir.
***
Rusiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
"Report" xəbər verir ki, təqribən 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan iki uşaq reanimasiya şöbəsindədir.
TASS-ın məlumatına görə, ölən və yaralananların hamısı avtobusun sərnişinləridir. Avtobusda ümumilikdə 56 nəfər olub.
İlkin məlumata görə, avtobus qadağanedici siqnala məhəl qoymayaraq dəmir yol keçidinə çıxıb. Qatar "Sankt-Peterburq – Nijni Novqorod" marşrutu üzrə hərəkətdə olub.