Braziliyanın Minas Gerias kəndində uşaq evi yandırılıb.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində azı 6 uşaq yanaraq həlak olub, 40 nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yanğını törədənin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmasa da, həmin şəxsin də hadisə nəticəsində xəsarət aldığı bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.