SON DƏQİQƏ

Ukrayna: Poroşenkoya qarşı ağır ittihamlar

Tarix:30-10-2017, 17:00

Ukraynada sular durulmaq bilmir. Səbəbi isə xalqın böyük ümidlər bəsləyərək hakimiyyətə gətirdiyi prezident Pyotr Poroşenkonun ölkəyə ən az Rusiya qədər zərbə vuran korrupsiya problemi qarşısında acizliyidir. Lakin Ukrayna müxalifəti bunu hətta aczilik olaraq da qəbul etmir. Onlar ölkə prezidentinin birbaşa özünün korrupsiya sisteminin başında durduğunu söyləyirlər. 

Onların fikrincə, Pyotr Poroşenkonun iş adamı keçmişindən vaz keçməməsi onun prezidentliyi dövründə islahatlar aparmasına ya mane olur, ya da prezident özü əslində vəzifəsindən xeyir güdmək üçün istifadə edir.

SonXəbərlər  xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın “Qurtuluş” hərəkatı Pyotr Poroşenkoya məxsus “Roshen” korporasiyasının Vinnitsa və Yaqotin şəhərlərindəki obyektlərini bloklamaq qərarına gəlib. Onlar dövlət başçısının malik olduğu əksər aktivlərin işini dayandıracaqlarını vəd edirlər

Hərəkat fəallarının sözlərinə görə, əsl məqsədləri ölkə rəhbərini öz biznesi üçün deyil, dövlətin maraqlarına çalışmağa məcbur etməkdir.

Hərəkat tərəfindən yayılan kommünikedə etiraz aksiyasının nüvəsinin milli qvardiyanın, ordunun, könüllü taborların zabitləri və əsgərlərinin təşkil etdiyi vurğulanıb. Sənəddə bu insanların cəbhədən geri döndüyü zaman ölkədə ancaq özbaşınalıq, talan və yalanın hökm sürdüyünü gördükləri qeyd olunub.

“Biz dövlətimizi müdafiə etməyə getdikdə onun rəhbərliyi əvvəlki prezidentin komandasında olan oğru və qatillərin məsuliyyətə cəlb olunacağını vəd etdi. Bunun yerinə isə indiki prezidentin özünün quldur və qatillərlə birləşərək öz sərvətini artırmasının şahidi olduq”....-sənəddə deyilir.

Buna görə aksiya iştirakçıları Ukrayna xalqına Poroşenkoya məxsus zavodların məhsullarını almamağa, sığorta şirkətlərinin və banklarının xidmətindən istifadə etməməyə çağırıblar.

Ukrayna Ali Radasının deputatı Semyon Semyonçenko da bu aksiyanı dəstəkləyənlərdən biri sayılır.

“İdeya bundan ibarətdir ki, Poroşenko ya Rusiya ilə müharibə şəraitində olduğmuz bir vaxtda şəxsi mənfəətindən vaz keçməli, ya da ölkənin idarəçiliyi ilə məşğul olmaldır. İkisini bir yerdə yürütmək ona qadağan edilməlidir”, - Semyonçenko bildirib.

Deputat hərəkatın təkcə “Roshen”lə kifayətlənməyəcəyi, həmçinin Poroşenkonun biznes imperiyasının bütün sahələrinə doğru yayılacağını qeyd edib.

Bundan ötrü “Roşen-Volın” topdansatış mərkəzini yerləşdiyi Lutsk şəhərində də düşərgə salınması planlaşdırılır.

Ukrayna mətbuatı Kiyevin Peçerski məhkəməsinin 3 ay öncə xüsusi qərarla Ukrayna Təhlükəsizlik Xidmətini (UTX) Poroşenkonun vətənə xəyanət əməlini araşdırması barədə qərar çıxardığnı xatırladır. Məhkəmə Ukraynanın keçmiş baş prokuroru Renat Kuzminin müraciəti əsasında belə bir qərara gəlib. Kuzminin iddiasına görə, Poroşenko özünə məxsus “Roshen “şirkətinin Rusiyanın Lipetsk şəhərində yerləşən fabriki vasitəsilə Rusiya ordusnu maliyyələşdirirmiş.

Ukrayna prezidentinin Rusiyadakı aktivləri ilə bağlı gedən söz-söhbət isə son üç ildir səngimək bilmir. Hələ 2014-cü ilin aprel ayının 2-də Poroşenko Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə prezident seçilməsi halında “Roshen”i satacağını bildirmişdi.

Həqiqətən vəzifəyə gəldikdən sonra Pyotr Poroşenko öz aktivlərinin satılmasını Rothschild və ICU adlı şirkətlərə həvalə etdib. Lakin heç bir alqı-satqı baş tutmayıb. 2016-cı ilin yanvarın 14-də isə prezident “Roshen”in trast şirkətə (yəni etibarnamə ilə, bu zaman mülkiyyət sahibində qalır-red.) verildiyini bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN