SON DƏQİQƏ

İranın ali dini lideri: "ABŞ xalqımızın əsas düşmənidir"

Tarix:2-11-2017, 13:00

İranın ali dini lideri Əli Xameneyi ABŞ-ı İran xalqının əsas düşməni adlandırıb.

APA-nın İranın ali dini liderinin saytına istinadən verdiyi məlumata görə, bunu Xamenei tələbələr qarşısında çıxışı zamanı deyib.

“ABŞ-dakı şəxslər qarşısında geri çəkilmə onlara güc verəcək və onları utanmaz edəcək. Ona görə də yeganə yol müqavimətdir”, - deyə o bildirib.

Əli Xameneyi əlavə edib ki, İslam inqilabından sonra ABŞ Tehrana qarşı düşmən mövqeyində dayanıb və hazırda nüvə razılaşmasına xələl gətirmək istəyir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN