SON DƏQİQƏ

İraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad edib

Tarix:3-11-2017, 16:50

İraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtələrini nəzarət altına alıb.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə əməliyyata qatılan "Həşdi Şabi" silahlı qruplaşmasının mətbuat idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, onlar Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhərini tam azad ediblər.

Ötən həftə İraqın baş naziri Heydər əl-Abadi Əl-Kaim şəhərinin azad edilməsi ilə bağlı əməliyyatın başlandığını bəyan etmişdi. O, şəhərin terrorçuların son dayaq nöqtəsi olduğunu deyib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN