SON DƏQİQƏ

Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

Tarix:15-11-2017, 17:00

Rusiya Dövlət Dumasının sədri Vladimir Volodin dekabrın 23-də Azərbaycana gələcək.

Bu barədə "Report"un Rusiya bürosu diplomatik mənbələrə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, dekabrın 22-də Dövlət Duması builki son iclasını keçirəcək, növbəti gün spiker V.Volodinin başçılıq etdiyi rusiyalı parlamentarilərdən ibarət böyük nümayəndə heyəti Bakıya gələcək.

Səfər çərçivəsində Dumanın Müstəqil Dövlətlər Birliyi (MDB) və beynəlxalq məsələlər üzrə komitələrinin Milli Məclisin müvafiq komitələri ilə birgə iclaslarının keçiriləcəyi gözlənilir.

Bununla yanaşı, Dövlət Dumasının sədrinin Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşləri planlaşdırılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN