SON DƏQİQƏ

Argentinaya məxsus sualtı qayığın axtarışına 14 gəmi və 10 təyyarə cəlb edilib

Tarix:21-11-2017, 10:08

Argentina donanması yoxa çıxan sualtı qayığın axtarışına 14 gəmi və 10 təyyarə cəlb edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Argentina Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib.

O etiraf edib ki, sualtı qayığın göyərtəsində ciddi qəza baş veribsə, ekipaj üzvlərinin xilas edilməsi üçün az vaxt qalıb. “Sualtı qayığın suyun üzünə qalxa bilmədiyi təqdirdə oksigen yalnız 7 günə qədər çata bilər. Buna baxmayaraq, sualtı qayıq suyun üzündə və altında tapılanadək axtarış davam edəcək”, deyə E.Balbi bildirib.

Argentina Hərbi Dəniz Qüvvələrinin “San-Xuan” sualtı hərbi qayıqla əlaqə noyabrın 15-də kəsilib. Argentina sahillərində itən sualtı qayıqda 44 heyət üzvü olub. Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN