Bu gün Boliviyanın Santa-Kruz şəhərində Qaz İxracatçı Ölkələri Forumunun (Gas Exporting Countries Forum (GECF) IV sammiti öz işinə başlayacaq.
"Report" xəbər verir ki, sammit noyabrın 24-ə qədər davam edəcək. On iki ölkənin energetika naziri enerji bazarlarındakı vəziyyəti müzakirə etmək, qazın dünya energetikasındakı rolunu müəyyən etmək və enerji sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə bir araya gələcəklər.