SON DƏQİQƏ

Səəd Həriri baş nazirliklə bağlı qərarını dəyişib və istefa verməkdən imtina edib

Tarix:22-11-2017, 10:53

 Livanın baş naziri Səəd Həriri qərarını dəyişib və istefa verməkdən imtina edib.

“Report” xarici KİV-inə istinadən xəbər verir ki, o, bu addımı Livan prezidenti Mişel Aunun xahişi ilə atdığını bildirib.

Qeyd edək ki, S.Həriri həyatına təhlükə yaranması səbəbindən noyabrın 4-də istefaya getdiyinə dair bəyanatla çıxış edib. Noyabrın 12-də isə o, Livan hökuməti tərəfindən elan olunan neytrallıq prinsipinə əməl ediləcəyi və bölgədəki münaqişələrdən çıxacağı halda qərarını dəyişməyə və hökumət başçısı vəzifəsində qalmağa hazır olduğunu açıqlayıb. 

Noyabrın 22-də gecə saatlarında Səəd Həriri vəzifəsindən istefa verdikdən sonra ilk dəfə Livana qayıdıb.

Qeyd edək ki, o, noyabrın 3-də 2016-cı ildə Livanın baş naziri təyin olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN