SON DƏQİQƏ

Atambayev Putinə orden verdi

Tarix:22-11-2017, 14:57

Qırğızıstan Prezidenti Almazbek Atambayev Rusiya Prezidenti Vladimir Putini respublikanın ali dövlət mükafatına - birinci dərəcəli “Manas” ordeninə layiq görüb.

 

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti informasiya yayıb.

 

“Almazbek Atambayev Rusiya Prezidenti Vladimir Putini Qırğızıstan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və Avrasiya İttifaqının inkişafına əvəzsiz töhfələrinə görə birinci dərəcəli “Manas” ordeni ilə təltif edib”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, “Manas” ordeni 1996-cı ildən Qırğızıstanın ən yüksək dövlət mükafatı olaraq qəbul olunub. Çingiz Aytmatov, Kofi Annan kimi görkəmli şəxslər həmin mükafatla təltif edilib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN