SON DƏQİQƏ

Referendumdan sonra Kataloniyanı 691 şirkət tərk edib

Tarix:17-10-2017, 17:30

Kataloniyanın keçirdiyi müstəqillik referendumundan sonra 691 şirkət öz ofislərini İspaniyanın başqa regionlarına köçürüb.

Sonxeberler.info xəbər verir ki, bu barədə məlumat İspaniyanın “El Mindo” qəzetində yer alıb.

Məlumata görə, təkcə keçən həftə 92 şirkət Kataloniyanı tərk edib. Bununla da Kataloniyanı tərk edən şirkətlərin sayı 691-ə çatıb.

Kataloniyanı tərk edən şirkətlər üçün ən gərgin vaxt oktyabrın 9 və 10-na təsadüf edir. Həmin vaxt 200-dən çox şirkət ünvanını dəyişmək üçün müraciət edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN