SON DƏQİQƏ

İspaniyada daha bir təyyarə qəzaya uğrayıb

Tarix:17-10-2017, 16:45

İspaniyada hərbi təyyarə qəzaya uğrayıb.

Sonxeberler.info "DHA" agentliyinə istinadən xəbər verir ki, Madriddəki Torrejon hərbi bazasından havalanan F-18 hərbi təyyarəsi qəzaya uğrayıb.

Rəsmilərin verdiyi məlumata görə, qəza zamanı pilot həyatını itirib.

Yerli mətbuat bildirir ki, İspaniyanın baş naziri Mariano Rajoy "Twitter" hesabından 26 yaşlı pilotun ailəsinə başsağlığı verib.

Qəzanın səbəbləri məlum deyil. Qeyd edək ki, İspaniyada bir həftə ərzində iki hərbi təyyarə qəzaya uğrayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN