SON DƏQİQƏ

“Tesla” 11min elektromobilini geri çağırır

Tarix:13-10-2017, 17:26

“Tesla” şirkəti yenidən öz avtomobillərini geri çağırır.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu dəfə geri çağırılma 11 min ədəd “Model X” krossoverinə aid edilib. Problem isə ikinci cərgədəki oturacaqlarla bağlıdır.

2015-ci ildə təhlükəsizlik kəmərlərində yarana biləcək mümkün nasazlıqlar səbəbindən 90 min ədəd “Tesla Model S”, 2016-cı ildə üçüncü sıra oturacaqlarda yaranmış problemlər səbəbindən 2 700 ədəd “Model X” avtomobili geri çağırılmışdı. Bu il də istehsalda geri çağırılma baş tutub və 53 min ədəd “Model S” və “Model X” elektromobilləri dayanma əyləcindəki potensial nasazlıq səbəbindən geri çağırılıb.

Budəfəki geri çağırılma 2016-cı ilin oktyabrın 28-dən 2017-ci ilin avqustun 16-na qədər istehsal edilən “Model X” maşınlarındakı ikinci sıra oturacaqlarının qatlanmasında yaranan nasazlıqla bağlıdır. İstehsalçının qiymətləndirməsinə əsasən, bu problem yalnız satılan avtomobillərin 3 faizində özünü büruzə verə bilər.

Daxili sınaqlar nəticəsində məlum olub ki, sürücünün oturacağının arxasında yerləşən oturacağa kabelin düzgün ötürülməməsi qəza zamanı onu qabağa ötürür. Belə halların olması ilə bağlı məlumat yoxdur. Ancaq bununla belə, elektromobilləri geri çağırmaq qərarı qəbul edilib. Nasazlığın xidmət mərkəzində aradan qaldırılması isə cəmi 10 dəqiqə vaxt aparır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN