SON DƏQİQƏ

Türkiyədən ABŞ-a: “Sizdən icazə almalı idik?!”

Tarix:10-10-2017, 15:13

Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-ın Türkiyəyə qoyduğu viza qadağasına reaksiya verib.

Axar.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edən Yıldırım Vaşinqtonun ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsinə reaksiyasına “Həbs üçün sizdən icazə almalı idik?!” cavabını verib. O həmçinin ABŞ-ın PKK-ya dəstək verməkdən əl çəkməsini tələb edib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə ABŞ-ın İstanbuldakı Konsulluğunun əməkdaşı Mətin Topuzu FETÖ ilə əlaqədə ittiham edərək, həbs edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN