SON DƏQİQƏ

“Facebook” Meksikaya yardım ayırdı

Tarix:21-09-2017, 15:42

“Facebook” şirkəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Meksika bölməsinə 1 milyon dollar ayıracaq.

İKT.lent.az-ın xəbərinə görə, bunu şirkətin qurucusu və rəhbəri Mark Zukerberq özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, yardım zəlzələdən zərər çəkənlərə kömək üçün sərf olunacaq: “Biz yerlərdə humanitar yardımların göstərilməsi üçün Qırmızı Xaça 1 milyon dollar ayıracağıq”.

M. Zukerberq sosial şəbəkə vasitəsilə Meksikaya edilən yardımlardan komissiya tutulmaması üçün UNİCEF-lə əməkdaşlıq etdiklərini də söyləyib.

Xatırladaq ki, Meksikada sentyabrın 19-da baş vermiş 7,1 bal gücündə zəlzələ nəticəsində 230 nəfər ölüb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN