SON DƏQİQƏ

Kataloniya rəhbərliyi İspaniya hakimiyyəti ilə danışıqlardan imtina etdi

Tarix:18-09-2017, 17:35

Kataloniya hökuməti hazırda İspaniya hakimiyyəti ilə 1 oktyabr "referendum"u və sonrakı hadisələrlə bağlı heç bir danışıqlar aparmır.

Trend-in məlumatına görə, bu barədə Kataloniya hökumətinin sədr müavini Oriol Junkeras bildirib.

O qeyd edib: "Biz dialoq tərəfdarıyıq, hər kəslə danışmağa çalışırıq. Biz Konqresdə 18 dəfə buna cəhd etdik və bizə 18 dəfə imtina etdilər".

O.Junkeras növbəti dəfə bəyan edib ki, Kataloniyada oktyabrın 1-də müstəqillik haqqında referendum keçiriləcək: "Referendum cinayət deyil".

Hökumətin sədr müavini əlavə edib ki, əgər 1 oktyabr "referendum"unda İspaniyadan ayrılmaq tərəfdarları qalib gəlsələr, müstəqillik elan olunacaq: "Əgər əleyhdarlar qələbə qazansalar, Kataloniya parlamenti buraxılacaq".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN