SON DƏQİQƏ

Rəsmi Bağdad: “Ölkənin şimalında ikinci İsrail yaratmağa imkan verməyəcəyik”

Tarix:18-09-2017, 13:10

“İraqın şimalında ikinci İsrail yaratmağa imkan verməyəcəyik”, - bunu ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşdə İraq prezidentinin köməkçisi Nuri əl-Maliki sentyabrın 25-nə planlaşdırılmış və İraq Kürdüstanının müstəqilliyi üzrə keçiriləcək referendum barədə danışarkən deyib.

Virtualaz.org “Haber 7”yə istinadən xəbər verir ki, əl-Malikinin sözlərinə görə, referendum nə İraq, nə də kürd xalqlarının mənfəətinə xidmət etməyəcək və eyni zamanda, legitim hesab olunmayacaq.

İraqın baş naziri Heydər əl-Abadi isə öz növbəsində bildirib ki, referendum Konstitusiyaya ziddir və onun nəticələri heç kim tərəfindən tanınmayacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN