Son aylar Ermənistan paytaxtında odlu silahla cinayətlərin törədilməsi adiləşib.
Növbəti kriminal olay bu gün saat 13.30 radələrində İrəvanın mərkəzində baş verib. Sonxeberler.info erməni mətbuatına istinadən xəbər verir ki, silahlı toqquşma nəticəsində 1 nəfər qətlə yetirilib, digər şəxs isə yaralanıb.
Məlumatda deyilir ki, öldürülən Alaverdi şəhərində kriminal avtoritet kimi məşhur olan Vaaqn Abqaryanın yaxın adamıdır. Ermənistan polisinin sözçüsü Aşot Aqonyan deyib ki, qətlə yetirilən Q.M. 1978-ci il təvəllüdlü, yaralı isə ondan 4 yaş kiçik olan şəxsdir. Hər iki şəxs Lori vilayətindəndir.
“Tüfenkyan” mehmanxanasında başlayan mübahisə daha sonra bazarda davam edib və silahlar işə düşüb. Cinayətkarlar qaçıb gizlənə bilib. Hadisə yerində “Hammer” və “Qolf” avtomobilləri qalıb. “Hammer”in yanında isə öldürülən şəxsin meyiti aşkarlanıb. Hadisə yerindən avtomat silah və tapança da tapılıb.
Sonxeberler.info