“Apple Watch” “ağıllı” saatları dünyada ən populyar saat markası olub.
Sonxeberler.info-nun Riafan.ru” saytına istinadən məlumatına görə, bu barədə “Apple”in rəhbəri Tim Kuk şirkətin Kupertinyoda keçirdiyi yeni məhsulların təqdimatında bildirib.
Onun sözlərinə görə, “Apple Watch” saatları dünyada bir nömrəli saat olub və “Rolex” şirkətinin saatlarını qabaqlayıb. Kuk vurğulayıb ki, təkcə ötən il “Apple Watch” saatlarının satışı 50 faiz artıb. Bununla belə, “ağıllı” saat sahiblərinin 97 faizi aldıqları məhsuldan razıdırlar: “Bu gün mən “Apple Watch” saatlarının dünyada bir nömrəli saat olmasını deməyimə çox şadam”.
Kuk əlavə edib ki, “Apple Watch Series 3” yeni əməliyyat sisteminə, həmçinin üzgüçülük üçün olan bir sıra yeni funksiyalarla təchiz edilib. Ürək döyüntüsü barədə məlumat artıq saatın rəqəmlərində də görünəcək.