SON DƏQİQƏ

İŞİD maliyyə vəsaitlərini Avropa ölkələrinə köçürür

Tarix:13-09-2017, 13:42

İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmisi Dmitri Feoktistov bildirib.

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki, qeydə alınır.

O, əlavə edib ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək. (virtualaz.org)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN