İsrail rəsmiləri başda Türkiyə olmaqla vətəndaşlarını Sina yarımadası və Yaxın Şərqə səyahət etməmələri barədə xəbərdarlıq edib.
Avropa.info xəbər verir ki, bu barədə İsrail Terrorla Mübarizə Bürosunun verdiyi açıqlamada deyilir.
20 sentyabrdan etibarən uzun müddətli tətilə çıxacaq İsrail vətəndaşları indidən fərqli ölkələrin otellərində rezervasiya olunurlar. Ancaq Türkiyə və Sina yarımadası ehtimal olunan terror məkanlarından biri kimi göstərilir.
Siyahıya İordaniya və Misir də daxil edilib.