SON DƏQİQƏ

Fars körfəzində İran və Amerika gəmiləri arasında insident baş verib

Tarix:11-09-2017, 09:04

İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "Falaken" raket kateri İslam Respublikasına aid digər gəmiyə yaxınlaşan Amerika gəmisinə xəbərdarlıq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran HDQ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, Fars körfəzində, Cask liman şəhərinin təqribən 72 km-də texniki nasazlıq səbəbindən qəzaya uğrayan "Şəms" balıqçı gəmisi İran HDQ-dən kömək istəyib. Xilasetmə əməliyyatı üçün əraziyə "Falaken" raket kateri göndərilib. Əməliyyat zamanı balıqçı gəmisinə yaxınlaşan ABŞ HDQ-nə məxsus gəmi "Falaken" tərəfindən xəbərdarlıq alıb və həmin ərazini tərk etmək məcburiyyətində qalıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN