SON DƏQİQƏ

Meksikada 8 ballıq zəlzələ: 8 ölkəyə həyəcan verildi

Tarix:8-09-2017, 09:25

Meksika sahilllərində saat 08:49-da 8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, okeanda olub. 33 km dərinlikdə olan zəlzələ ocağının yaratdığı təkanlar hətta paytaxt Mexikoda hiss olunub. İnsanlar yaşayış binalarından təcili şəkildə təxliyə edilib.

Zəlzələnin ardınca dərhal sunami xəbərdarlığı edilib. Sunaminin Meksika, Qvatemala, Salvador, Kosta-Rika, Nikaraqua, Panama, Ekvador və Honduras sahillərini əhatə edəcəyi gözlənəlir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN