Avqustun 15-də səhərçağı naməlum şəxslər Vaşinqtonun ən diqqətəlayiq yerlərindən biri olan Linkoln Memorialı ilə bağlı vandalizm törədiblər. ABŞ Milli Parklar Xidmətinin verdiyi məlumata görə, vandallar memorialın sütunlarından biri üzərində tünd qırmızı boya ilə iki söz – bir ədəbsiz söz və “qanun” sözü yazıblar. Bundan əlavə, onlar Linkoln Memorialı yaxınlığındakı bir nişanı boz rəngə boyayıblar.
Xuliqanların bu əməlinin nəticəsi (“qrafiti”) memarlıqda tətbiq edilən helə bənzər yumşaq həlledicinin köməyi ilə çıxarıla bilər. Bu proses bir neçə mərhələdən ibarətdir. ABŞ Milli Parklar Xidmətinin işçiləri həmin həlledicini qrafiti yerində tətbiq edəcək və bir saatdan sonra su ilə yuyacaqlar. Qrafiti tamam yox olan qədər bu hərəkətlər davam etdiriləcək.
Hələlik xuliqanların şəxsiyyəti müəyyən edilməyib, bu insidentlə əlaqədar heç kəs həbs olunmayıb və cərimə edilməyib.
ABŞ paytaxtında Linkoln Memorialı və digər milli abidələrlə bağlı vandalizm törədilməsi birinci dəfə deyil. 2013-cü il iyul ayında ABŞ-ın 16-cı prezidentinin nəhəng heykəlinin sol tərəfinə yaşıl rəngli boya çiləmişdilər.