SON DƏQİQƏ

Facebookda BBC-nin yazısını paylaşdı və azadlıqdan məhrum edildi

Tarix:15-08-2017, 16:43

Taylandda tələbə fəal 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Səbəbi gənc fəalın BBC-nin məqaləsini öz facebook səhifəsində paylaşması olub. BBC Taylandın kralı haqqında apardığı siyasətlə əlaqədar tənqidi yazı yazıbmış.

Sonxeberler.info Reuters-ə istinadən xəbər verir ki, Catupat  Bunpattaraksa iqtidarda olan cuntanı tənqid edən aktivistdir. O, atasının vəfatından sonra taxta çıxan kral Maha Vaciralonqkornuyu təhqir etdiyi üçün həbs edilən ilk şəxsdir. Yeni kral taxda 2016-cı il dekabrın 1-də çıxıb.

Catupat hüquq fakültəsinin keçmiş tələbəsidir. O, dekabrın 3-də həbs edilib. O, kralı təhqir etməkdən əlavə BBC-nın yazısını da paylaşıb. Catupatın vəkili bildirib ki, məhkəmənin qərarı ilə o, beş il müddətinə azadlıqdan məhrum edilmişdi, lakin sonradan caza müddəti 2 il 6 aya qədər endirildi. Vəkil aktivistin hər şeyi etiraf etdiyini bildirərkən buna məcbur edildiyini qeyd edib.

Taylandda demokratik seçkilərdə qalib gəlmiş hökumət hərbi qiyamla 2004-cü ildə devrilib. 2004-cü ildən bu yana kralı təhqir etdiyinə görə insanların həbsi geniş vüsət alıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN