SON DƏQİQƏ

Venesuela hərbi təlimlərə başlayır – ABŞ təhlükəsi

Tarix:15-08-2017, 14:48

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin hərbi təlimlər keçirəcəyini bildirib.

Axar.az xəbər verir ki, prezident keçirdiyi mətbuat konfransında baş qərargah rəisinə 26-27 avqust tarixlərində hərbi təlimlər keçirmək üçün əmr verdiyini açıqlayıb.

Maduro ABŞ Prezidenti Donald Trampın Venesuelaya hərbi müdaxilə ilə bağlı açıqlamasını kobud və həyasız adlandırıb.

Qeyd edək ki, Donald Tramp aprel ayından bu vaxta qədər etirazların davam etdiyi Venesuelaya hərbi müdaxilənin nəzərdə tutulan variantlardan biri olduğunu açıqlamışdı.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN