Taliban Donald Trampa açıq məktub ünvanlayaraq ABŞ ordusunun Əfqanıstandan tamamilə çıxarılmasını tələb edib.
Axar.az xəbər verir ki, bu barədə “Khaama press” informasiya yayıb.
Məlumata görə, Taliban göndərdiyi məktubda ölkədə durmadan artan gərginliyi Əfqanıstanda xarici hərbi kontingentin mövcudluğu ilə əlaqələndirib. Bundan əlavə Taliban koalisiya qüvvələrini ölkəni dağıtmaqda ittiham edərək, Əfqanıstanın təhlükəsizlik, iqtisadiyyat və hökumət idarəçiliyi baxımından dəhşətli vəziyyətə salındığını bildirib.
Qeyd edək ki, ABŞ tərəfindən 2001-ci ildən Əfqanıstanda anti-terror əməliyyatları aparılır.