Çin Malayziyaya modern raket və radar sistemləri satmağı təklif edib.
Təklif Çin rəsmilərinin Malayziyaya səfəri zamanı irəli sürülüb. Çin rəsmilərı dəyəri 13 milyard dollar olan dəmiryolu layihəsinin başlaması üçün Malayziyaya səfər ediblər.
Mediada çıxan xəbərlərə görə, hərbi sursatların satılması 50 illik müddətinə kreditlə veriləcək. Kreditin məbləği və yaxud silahların dəyəri açıqlanmayıb. Həmçinin radar sisteminin növü də açıqlanmayıb.
Çinin Malayziyanın qonşusu Sinqapurla son aylarda münasibətləri gərginləşib. Çin şəhər-dövlət olan Sinqapurun Cənubi Çin dənizi üzərində gedən münaqişəyə müdaxiləsindən narahatdır. Sinqapurun ABŞ və Tayvanla çox yaxın münasibətləri var.
“Reuters” xəbər verir ki, Çin rəsmiləri xəbərin doğruluğunu təsdiqləməyib. Çinin müdafiə naziri isə məsələ ilə bağlı şərh verməyib. Sinqapurun xarici işlər və müdafiə nazirləri də bir məlumat verməyiblər.
Çin AR3 artilleriya raket sistemini ixrac üçün qurub. Bu sistem 2011-ci ildə qurulub və ən güclü sistemlərdən biri hesab edilir.
Malayziya keçən il Çindən dörd sahil mühafizə gəmisi alıb.