Pakistanın hakimiyyətdən kənarlaşdırılmış keçmiş baş naziri Nəvaz Şərif paytaxt İslamabaddan doğulduğu Lahor şəhərinə qədər yürüş keçirməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu addım devrilmiş liderə geniş ictimai dəstək olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub.
Hüquq-mühafizə orqanlarının yüksək risklə bağlı xəbərdarlığına baxmayaraq yürüşün baş tutacağı gözlənilir. 9 avqustda başlayacaq yürüşdə hakimiyyətdən kənarlaşdırılmış Nəvaz Şərifin əhali qarşısında ilk dəfə çıxış edəcəyi bildirilib. Yürüşün 2 gün davam etməsi nəzərdə tutulub.
Qeyd edək ki, iyul ayının 28-də Nəvaz Şərif Pakistanın Baş naziri vəzifəsindən uzaqlaşdırılmışdı.