Türkiyənin İstanbul şəhərində haqlarında məhkəmənin həbs qərarı çıxardığı 168 şübhəli şəxsin ələ keçirilməsi əməliyyat başlayıb.
Avropa.info xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Üsküdar və Ümraniyə qruplaşmasında yer alan 168 şübhəli şəxsin həbsi üçün əməliyyat başlayıb.
“By Lock” şifrəli mesajlaşma proqramından istifadə edən şübhəli şəxslərin bəziləri saxlanılıb.
Əməliyyat davam edir. Polis tərəfindən saxlanılan şəxslərin artması gözlənilir.