London meri Sadiq Xan Donald Trampa qarşı müxalifətdə olmağa davam edir.
“Dövlət səfərləri normal səfərlərdən fərqlidir və ABŞ prezidenti Donald Tramp siyasətinə bu qədər etiraz varkən inanmıram ki, bizim hökumət onun üçün qırmızı xalı sərər” – London meri CNN-nə müsahibə verib.
Donald Trampın Böyük Britaniyaya bu il gerçəkləşməsi planlanan səfəri Trampa qarşı kütləvi etirazlardan dolayı təxirə salındı.
Tramp Böyük Britaniyanın baş naziri Tereza Meylə G-20 sammitində görüşdüyü zaman reportyorlara Londona səfər edəcəyini dedi. Baş nazir Mey Trampı rəsmi səfərə hələ yanvar ayında, inaqurasiya zamanı dəvət etmişdi.
Bununla belə London meri Donald Trampla görüşə biləcəyini də deyib. “Əgər kiminsə düşüncələrini dəyişə biləcəmsə, mən öz rolumu oynayaram” - mer CNN-nə danışıb.
“Əgər kimsə düşünür ki, müsəlman olub qürurlanan qərbli olmaq mümkün deyilsə, qarşı tərəf ya Donald Tramp olsun, ya da CNN-nin müxbiri olsun, fərqi yoxdur mən onun gözlərini açaram” – London meri Xan fikrini bəyan edib.
Ağ Evdən bu barədə bir münasibət bildirilməyib. Xan və Trampın əlaqələri ikincinin müsəlmanları hədəf alan çıxışları və əsas müsəlman ölkələrindən ABŞ-a səyahəti qadağan edən sərəncamdan sonra gərginləşdi.
Daha sonra ikili arasında gərginləşmə Londanda baş verən terror hadisəsindən sonra daha da artdı. Terror aktında səkkiz nəfər öldü. London meri Xan londonlulara “təşvişə düşməmək” çağırışında bulunmuşdu.
Donald Tramp London merinin bu çağırışına tvitter hesabında ismarıc göndərmişdi. “Səkkiz nəfər ölüb, 48 nəfər yaralanıb, hələ də London meri təşvişə düşməyin deyir” – Donald Tramp.
Trampa cavab göndərən Xan bu çağırışını şəhərdə artan polis sayına görə etdiyini açıqlamışdı. İngiltərədə isə bu ilin əvvəlində “Kraliçanı rahatsız edən səbəbə vəsilə olacaq” adı ilə Trampın İngiltərəyə səfər etməməsi üçün petisiyanı 1.8 milyon adam imzalayıb.
ABŞ prezidenti Donald Trampın İngiltərəyə 2018-ci ildə səfər edəcəyi bəyan edilib.
Sonxeberler.info
M. Quliyev