SON DƏQİQƏ

Kəşfiyyat məlumatı: Bağdadi sağdır

Tarix:17-07-2017, 12:40

İŞİD lideri Əbubəkr Bağdadi sağdır.

Axar.az xəbər verir ki, bu barədə Şimali İraqdakı kürd antiterror qüvvələrinin yüksək vəzifəli nümayəndəsi Lahur Təlabani “Röyter”ə məlumat verib.

“99 faiz ehtimalla deyə bilərəm ki, Bağdadi sağdır və Rakkada yaşayır. Onun sağ olması ilə bağlı bizdə kəşfiyyat məlumatı var”, - Təlabani bildirib.

Qeyd edək ki, Rusiyanın 28 mayda Rakkaya endirdiyi aviazərbələr nəticəsində Bağdadinin ölümü haqda informasiya yayılmışdı. Ötən gün İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və anti-terror əməliyyatları xidmətinin rəhbəri Əbu Əli Bəsri də bəyan edib ki, Əbubəkr Bağdadi sağdır və Suriya ərazisində gizlənir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN