SON DƏQİQƏ

Maykl Ceksonun ölümündən əvvəl yazdığı məktublar tapılıb

Tarix:29-06-2017, 16:30

Məşhur pop ulduz Maykl Ceksonun ölümündən bir həftə əvvəl yazdığı məktublar tapılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalist Daphne Baraka bildirib.

Onun sözlərinə görə, müğənni həmin məktubları yaxın dostu Maykl Cakobshacena yazıb. M.Cekson məktublarında öldürülməkdən qorxduğunu qeyd edib.
O, məktublarından birində yazıb: "Sistem sahib olduqlarıma görə məni öldürmək istəyir". Digərində isə bildirib: "Üzərimdə çox təzyiq var. Özümü pis hiss edirəm. Həyatımdan narahatam. Sabah Cozefə zəng et".

M.Cekson məktublarını əl yazısı ilə yazılıb.

Qeyd edək ki, M.Cekson 2009-cu ilin iyununda şəxsi həkimi Konrad Murrayın nəzarəti altında olarkən ölüb. Bundan sonra həkimə qarşı ehtiyatsızlıqdan adam öldürməyə görə ilə 4 il həbs cəzası verilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN