SON DƏQİQƏ

Türk dünyasının ortaq ordusu qurulur – Foto

Tarix:13-12-2017, 15:05

Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə ortaq hərbi birlik yaradılır.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi birlik Avrasiya Hərbi Statuslu Ordu Qüvvələri adlanacaq. Hərbi birliyin simvolu at və dörd ülduz olacaq.

Xəbər verilir ki, hər ölkəni bu birlikdə müəyyən edilən sayda kontingent təmsil edəcək. Türkiyəni birlikdə Jandarma Ümumi Komandanlığı təmsil edəcək və o digər ölkələrin ordu qüvvələrinə təlim keçəcək.

Bu qurum BMT Sülhməramlı Qüvvələri kimi çalışacaq.

Yeni qurum 2018-ci ildə rəsmən fəaliyyətə başlayacaq.

Təşkilatın simvolunu bu ölkələrin mədəniyyətində böyük önəmə sahib olan at fiquru yer alacaq. Üzərində isə dörd ölkəni təmsil edən ulduzlar yer alacaq.

Türk dünyası ortak ordusunu kuruyor

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN