SON DƏQİQƏ

Filippinin cənubunda hərbi vəziyyətin müddəti uzadılıb

Tarix:13-12-2017, 13:06

Filippin konqresi ölkənin cənubunda yerləşən Mindanao əyalətində hərbi vəziyyətin müddətinin daha bir il uzadılması barədə qərarı dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə səsvermə ABS-CBN telekanalı ilə birbaşa yayımlanıb.

Filippin Prezidenti Rodriqo Dutertenin hərbi vəziyyətin müddətinin uzadılması üçün konqresə müraciət etməsi barədə məlumat yayılmışdı. Bu barədə tövsiyəni ona hərbçilər və polis orqanları yaraqlılar tərəfindən gözlənilən təhlükə ilə bağlı veriblər.

R.Dutertenin təklifinin lehinə 240, əleyhinə isə 27 deputat səs verib. Mindanao əyalətində hərbi vəziyyət 2018-ci ilin dekabrınadək davam edəcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN