Bazar günü axşam Qəzza zolağından İsrailə iki raket atılıb.
“Report” xəbər verir ki, bu barədə İsrail müdafiə ordusundan TASS-a verilən məlumatda bildirilir. "Hof-Aşkelon (İsrailin cənubu) regional şurasında hava həyəcanı siqnalının ardınca Qəzza zolağından İsrailə iki raketin atıldığı müəyyən edilib", - deyə ordudan qeyd ediblər.
Hadisənin təfərrüatları məlum deyil.