SON DƏQİQƏ

"ABŞ MDB-dəki milli hökumətləri devirir" - Sergey Narışkin

Tarix:19-12-2017, 17:08

ABŞ və onun “söz dinləyən müttəfiqləri” Ukraynanın “demokratikləşməsi”nin uğursuzluğundan sonra MDB dövlətlərindəki mövcud milli rəhbərlik sistemlərinin ləğvi prosesinə başlayıblar.

 

Axar.az xəbər verir ki, bunu MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən iclasında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin söyləyib.

 

Onun sözlərinə görə, ABŞ-ın bu fəaliyyəti onun bizim ölkələrə qarşı hibrid müharibəsi aparmasını deməyə əsas verir:

 

“MDB ölkələrinin siyasi rəqibləri bütün gücləri ilə birlik ölkələri arasındakı əməkdaşlığın inkişafına maneə yaradırlar. Biz bu gün bloklararası qarşıdurmanın daha iyrənc formasını görürük. Bizim siyasi rəqiblərimiz MDB ölkələri arasındakı ticarətin artırılması, hesablaşmalarda milli valyutadan istifadəyə və tranzit imkanlarının inkişafına problem yaradırlar”.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN