SON DƏQİQƏ

Rusiyanın təcili yardım maşını İsveçin paytaxtında xəstəyə yardım göstərib

Tarix:7-12-2017, 13:20

İsveçin paytaxtı Stokholm şəhərinin sakinlərindən biri qəribə hadisə ilə rastlaşıb və bunu sosial şəbəkələrdə yayıb.

 

Virtualaz.org “Life SHOT” telegram-kanalına istinadən xəbər verir ki, Rusiyada fəaliyyətdə olan təcili yardım maşınının İsveç paytaxtında görünməsinin səbəbi məlum olub.

 

Belə ki, Sankt-Peterburqda tibbi sığorta üzrə müalicə almış İsveç vətəndaşını evinə çatdırmaq üçün təcili yardım maşını qonşu ölkəyə getməli olub. Lakin küçələrdən birində rusiyalı həkimlər qəflətən yerli sakinlərdən birinin huşsuz vəziyyətdə yerə yıxıldığını görüblər və ona ilkin tibbi yardım göstəriblər.

 

 
Посмотреть изображение в Твиттере
 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN