Böyük Britaniya xüsusi xidmət orqanları Baş nazir Tereza Meyə qarşı sui-qəsd hazırlayan iki radikal islamçını həbs edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniya Əks-kəşfiyyat Xidməti olan Mİ-5-in rəhbəri Endryü Parker söyləyib. Onun sözlərinə görə, terrorçulara qarşı əməliyyatı Mİ-5 və polis ortaq şəkildə aparıb.
“Skay Nyus” televiziyası isə islamçıların Dauninq-stritdə partlayış etməyi və bu partlayış nəticəsində yaranan qarışıqlıqdan istifadə edib Meyi öldürmək istədiklərini planlaşdırdıqlarını bildirib.