SON DƏQİQƏ

ABŞ-ın Rusiyadakı konsulluqları vizanın verilməsini bərpa edib

Tarix:4-12-2017, 17:21

ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostok şəhərlərindəki konsulluqları dekabrın 11-dən qeyri-immiqrasiyaya dair viza verilişini bərpa edəcək.

 

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Moskvadakı səfirliyinin saytı yayıb.

 

Konsulluq bildirib ki, diplomatik nümayəndəlikdəki təmsilçilikdə əməkdaşların sayı ixtisar edildiyindən viza verilməsini bütövlükdə bərpa edə bilmirlər.

 

Qeyd edək ki, ABŞ səfirliyi sentyabrın 1-dən Rusiyada qeyri-immiqrasiya vizalarının verilməsini dayandırır. Bu il sentyabrın 1-dən etibarən turist, iş vizalarının verilməsi yalnız Moskvada həyata keçirilib.

 

Xatırladaq ki, cari il iyulun 30-da Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatlarının sayının 755 nəfər azalacağını və Rusiyanın ABŞ-dakı diplomatlarının sayı qədər - 455 nəfər saxlanılacağını bildirib. Bu tədbirlər ABŞ-ın Rusiya əleyhinə sanksiyalar qəbul etməsi və 2017-ci ilin əvvəlində rusiyalı diplomatların ölkədən çıxarılmasına cavab olub.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN