Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Dəmiryolu Nazirliyinin əməkdaşlarıyla görüşündə maraqlı anlar yaşanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, dəmiryolçulardan biri prezidentdən onun fiziki formasını belə saxlamağının sirrini soruşub. Putinin cavabı belə olub:
“Belə bir söz var, “sport”. Bu sözü “spirt”lə səhv salmayın. Düzdür, arada bir fərqli hərf var. Amma bu, böyük fərqdir”.