SON DƏQİQƏ

ABŞ: Kox qardaşları “Time” jurnalını satın alır

Tarix:30-11-2017, 12:40

ABŞ-ın liberal həftəlik jurnalı və siyasi mətbuatın tarixi sütunlarından biri sayılan “Taym” (“Time” yazılır-red.) mühafizəkar dairələrə yaxınlığı ilə bilinən Kox qardaşlarının əlinə keçib.

Sonxeberler.info xarici mediaya istinadən xəbər verir ki, demokratlara yaxın hesab olunan digər mühüm media qurumu da respubliikaçı prezidentin digər dostu Rupert Merdokun imperiyası tərəfindən ilhaq oluna bilər.

Hadisənin ABŞ-ın media landşaftını dəyişdirəcəyindən heç kimin şübhəsi yoxdur. Bu səbəbdən liberal dairlələr indidən həyəcan təbili çalmağa başlayıblar.

Uilyam, Devid və Çarlz Kox Amerikanın ən varlı adamları sırasındadırlar. “Forbes”-ın məlumatına görə, qardaşların sərvəti 82 milyard dolları ötür.Onların birgə sahibliyində olan “Koch Industries” böyüklüyünə görə özəl qurumlar içərisində 2-ci yeri tutur. Qardaşların əlində bir neçə neft-kimya şirkəti, kənd təsərrüfatı firmaları da var.

“Taym” jurnalı Koxlara aid olduğu bildirilən “Meredith” nəşriyyat evinin ixtiyarına keçib. Satışın ümumi məbləğinin 3 milyard dollar olduğu bildirilir.

“The Washington Post” hadisənin demokratlar arasında doğurduğu əndişəni dilə gətirib. “Time”-ın keçmiş baş redaktoru Çarlz Alesksandr “Huffington Post” internet qəzetindəki köşə yazısında jurnalın Kox qardaşlarına keçməsini ən dəhşətli kabus adlandırıb.”Hər kəs bilir ki, müasir mühafizəkar hərəkat çoxdan ruhunu Koxlara satıb”, - müəllif qeyd edib.

Öz növbəsində “Esquire” jurnalının icmalçısı Maykl Sebastyan “Taym”ı ağır günlər gözlədiyini söyləyib və jurnalın D.Trampın siyasətini sözsüz müdafiə edən “FOX” kanalına dönəcəyini iddia edib.

“Taym” ABŞ-da ən populyar siyasi jurnal hesab edilir. Jurnal özünün qızıl çağlarında 26 milyonluq tirajla da çıxıb. Bundan başqa “Taym” bütün dünyada “İlin adamı” rubrikasına görə məşhurdur.

ABŞ mediasının satış ətrafında yaratdığı hay-küyə rəğmən Kox qardaşlarının Trampdan ötrü ürəkləri getdiyini söyləmək olmaz. Qardaşlardan yalnız Uliyam prezidentin seçki kampaniyasına dəstək verib. Qalan ikisi Çarlz və Devid isə aktiv şəkildə ona qarşı çxıb.

Maraqlıdır ki, Kox qardaşları prezidentin müsəlman ölkələrindən gələn vətəndaşlara qadağa qoymaq təşəbbüsünü də pisləyiblər. Lakin bu ilin aprelində Donald Tramp onları Kaliforniyadakı “Mar-a-larqo” malikanəsində qəbul edib və könülllərini alıb.

Trampa qarşı ziddiyyətli mövqedə durmalarına rəğmən Kox qardaşları Respublikaçılar partiyasının ana sponsorlarından sayılırlar. Devid Kox hətta Libertarian partiyasından prezidentliyə namizəd də olub.

ABŞ media analitiki Co Boris Rusiya mediasına verdiyi müsahibədə müqayisə üçün onları zarafatla ABŞ-ın Rotenberqləri (Arkadi və Boris Rotenberqlər Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarxlardır-red.) adlandırıb.

Müqayisənin zarafat xətrinə edilməsinə rəğmən qardaşların ölkə siyasətinə təsiri və nüfuzu həddindən artıq böyükdür. “The Rolling Stone” jurnalı “Kox qardaşlarının zəhərli imperiyası daxilində” adlı məqalədə bəhs edilən biznesmenlərin öz sərvət və əlaqələrindən “ABŞ siyasi sistemini almaq üçün istifadə etdiyni vurğulayıb. Qardaşların ən çox yaxın olduğu dövlət adamı isə keçmiş prezident kiçik Corc Buş olub.

Media ABŞ liberal mediasının digər flaqmanı, CNN-nin də mühafizəkar dairələrin əlinə keçmə ehtimalını dilə gətirib. Söhbət CNN telekanalının milyarder, mühafizəkar baxışları ilə seçilən Rupert Merdokun sahibliyində olması ehtimalından gedir. Merdok “FOX” telekanalından əlavə dünyanın sayılan mətbuat brendlərindən biri – “The Wall Street Journal” qəzetinin də sahibidir.

Məlum olub ki Avstraliya əsilli biznesmen noyabrın əvvələrində ABŞ-ın və dünyanın ən böyük transmilli telekommunikasiya konqlomeratlarından AT&T korporasiyasının başçısı Rendal Stivensonla CNN barədə müzakirələr aparıb. AT&T CNN-in mənsub olduğu “Taym” Warner şirkətindən alması üçün antimonopoliya idarəsindən icazə almalıdır.

ABŞ prezidentii Donald Trampın isə CNN-ə olan mənfi münasibəti heç kimə gizli deyil. Tramp ABŞ prezidentlərinə məxsus olmayan tərzdə telekanalı onun haqqında saxta informasiyalar yaydığını hər yerdə, xüsusilə tvitterdəki statuslarında qeyd edir.

Musavat.com

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN