SON DƏQİQƏ

İndoneziyada torpaq sürüşməsi və daşqınlar azı 19 nəfərin həyatına son qoyub

Tarix:29-11-2017, 11:36

İndoneziyanın Şərqi Yava əyalətində siklonun səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.

"Azərtac" Sinxua agentliyinə istinadla xəbər verir ki, onlardan 15-i torpaq sürüşmələri, 4-ü isə daşqınlar səbəbindən həyatını itirib.

Regiona noyabrın 29-da çatan siklon Yava və Bali adalarının 28 yaşayış məntəqəsində torpaq sürüşməsi və daşqınlarla müşayiət olunub. Hazırda minlərlə evin su altında qaldığı bildirilir.

Siklonun İndoneziyanı noyabrın 30-da tərk edəcəyi gözlənilir.

Təbii fəlakətdən zərər çəkən bölgələrdə hərbçilərin, polislərin, xilasedicilərin və könüllülərin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam edir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN